"ANS rəhbərliyi mənə söz verib" - Kamran Həsənli

"ANS rəhbərliyi mənə söz verib" -  Kamran Həsənli
15:16 12 Noyabr 2015
47 Şou
Ölkə mətbuatı
A- A+

“Yeni layihəlim var, amma təqdim etməmişəm. Televiziya rəhbərliyi ilə mənim aramda fikir ayrılığı var. Tamaşaçıların içindəyəm, onların fikrini çatdırıram. Tamaşaçı televiziyanın görüntüsündən razı deyil. Onlar efirlərdən keyfiyyət gözləyir”.

Bu sözləri Axşam.az-a açıqlamasında şoumen Kamran Həsənli deyib. O, telekanalların hazırki vəziyyətindən narazı olduğunu bildirib:

“Hansı azərbaycanlıdan soruşursan, deyir, “Yerli kanallarımıza baxmıram”. Mən elə düşünürəm ki, hamı baxır, amma utanc hissi keçirdiyi üçün bunu etiraf etmir. Bir xalqın vətəndaşının öz telekanallarına belə qiymət verməsi yaxşı hal deyil. Mən efirimizi daha peşəkar, təcrübəli, intelekt səviyyəsi yüksək , reytinq xətrinə mənəvi normaları pozmayan görmək istəyirəm. Bir çoxları çalışır sübut etsin ki, insanlara bayağı, keyfiyyətsiz, aşağı hisslərdən danışan verilişlər maraqlıdır. Bu düşüncəni qəbul etmirəm. Bu mövzuda da mübahisə və müzakirə etməyə hazıram”.

K.Həsənli efirə qayıtmasından da danışıb:
 
“Mənim layihələrim sintez olub. Şou ilə sosial mövzunu qarışdırmağı xoşlayıram. Hələ ki, ANS telekanalı ilə işimizi bitirməmişik. Oranın işçisiyəm. Rəhbərliklə danışığımız belə olub ki, layihə müvəqqəti bağlanıb. Yaxın günlərdə efirə qayıdacam. Amma hələ bir xəbər yoxdur. ANS-də iki  verilişə - “Günə baxan” və “Axşam-axşam”a aprıcılıq etmişəm. Hər iki layihənin müəllifi mən olmamışam. Ona görə də rəhbərliyin verilişi bağlama, aparıcını dəyişmə hüququ var".

Şoumen daha sonra “Dünyada fərqli mövzularda kanallar var. Bizdəkilər isə bir-birinə bənzəyir. Bircə ANS-də özəllik var idi. İndi telekanallarımızın konsepsiyasında krizis var" deyə, əlavə edib.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR