Güclü külək İsmayıllıda fəsadlar törədib

Güclü külək İsmayıllıda fəsadlar törədib
15:23 12 Noyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də gecə İsmayıllıda əsən güclü külək bir sıra fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, güclü külək nəticəsində böyük bir ağac Gəraybəyli kənd sakini Sahilə Cavadovaya məxsus evin üstünə aşıb. Xoşbəxlikdən xəsarət alan olmayıb. Lakin evin dam örtüyü yararsız hala düşüb.
Rayon mərkəzində də 10-dan çox ağac aşıb. Ən çox ziyan elektrik təsərrüfatına dəyib. Belə ki, şəhərdə 2 transformator sıradan çıxıb, ümumilikdə 1 kilometrdən çox elektrik məftili qırılıb. Gecə saatlarında 60-dan çox kənddə elektrik enerjisi kəsilib.
Səhər saat 8-dək davam edən küləyin vurduğu zərərin dəqiqləşdirilməsi və fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb. Günortayadək artıq 50-dən çox kənddə elektrik enerjisinin verilişi bərpa olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Guclu_kulek_Ismayillida_fesadlar_toredib-901375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR