Bakı metrosunda dava: Oğlan gənc qızı döydü

Bakı metrosunda dava: Oğlan gənc qızı döydü
15:32 12 Noyabr 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Bu günorta saat 13 radələrində Bakı metrosunun Elmlər Akademiyası stansiyasında insident baş verib.

Milli.Az xəbər verir ki, cebhe.info-nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, insident gənc qızla oğlan arasında baş verib.

Sərnişin sıxlığı səbəbindən qatardan düşmək çətinləşib və gənc qız ona yol verməyən oğlandan kənara çəkilməyi xahiş edib.

Ancaq oğlanın əsəbi reaksiyası ilə qarşılaşıb. Bundan sonra oğlan hətta qıza hücum edərək ona şillə vurub. Qatar bələdçisi və perrondakı sərnişinlər dalaşan gəncləri ayırıb.

Qız isə onu vuran oğlandan şikayətçi olacağını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR