Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış edib

Minsk qrupunun həmsədrləri ATƏT-in Daimi Şurasının iclasında çıxış edib
15:32 12 Noyabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxış edib. "Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.
Həmsədrlər iclas iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı durumu barədə məlumat verib və Ermənistan-Azərbaycan sərhəd xəttində ağır silahlardan istifadə ilə bağlı narahatlığını bildirib.
Qeyd edək ki, vasitəçilər daha öncə Almaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/minsk-qrupunun-hemsedrleri-atet-in-daimi-surasinin-iclasinda-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR