Türkiyə: Ədalət və İnkişaf Partiyasının seçkilərdə qələbəsi rəsmən təsdiqləndi

Türkiyə: Ədalət və İnkişaf Partiyasının seçkilərdə qələbəsi rəsmən təsdiqləndi
15:33 12 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun sədri olduğu Ədalət və İnkişaf Partiyası noyabrın 1-də keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə parlamentdə 317 yer əldə edib və hökuməti qurmaq hüququ qazanıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu nəticə Yüksək Seçki Komissiyasının başçısı Sədi Güvən tərəfindən elan edilib.
Türkiyənin 26-cı çağırış parlamentində 4 partiya təmsil olunacaq. Onların arasında Ədalət və İnkişaf Partiyası 317, Cümhuriyyət Xalq Partiyası 134, Xalqların Demokratiya Partiyası 59, Milliyətçi Hərəkat Partiyası isə 40 yerə sahibdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR