Bakıda əcnəbi vətəndaşın çantasını oğurlamış şəxs tutulub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Çin vətəndaşı Xiafanq Xuenə məxsus içərisində 650 ABŞ dolları və 1500 manat olan çantanı oğurlamış Tərtər rayon sakini Fariz Səfərov müəyyən edilib. F.Səfərov tutularaq istintaqa təhvil verilib.
Araşdırma aparılır.