“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı birinciliyinin seçim yarışlarına start verilib

“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı birinciliyinin seçim yarışlarına start verilib
15:43 12 Noyabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
“Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı birinciliyinin seçim yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri tərəfindən təşkil edilən və "Coca-Cola" şirkəti tərəfindən maliyyələşən birinciliyin proqramına velosiped, basketbol (3x3), badminton və yüngül atletika idman növləri daxildir.
Proqrama əsasən, əvvəlcə məktəbdaxili yarışlar həyata keçirilməli, daha sonra rayonlar arasında ən güclülər müəyyənləşməlidir. Gələn ilin yanvarında keçirilməsi planlaşdırılan final mərhələsində isə Bakı üzrə ən güclü komandaların adları məlum olacaq.
Məktəbdaxili seçim yarışları çərçivəsində artıq Binəqədi rayonu 126 nömrəli və Xətai rayonu 260 nömrəli məktəblərdə daxili yarışlar təşkil edilib. Noyabrın 12-13-də Nizami və Nəsimi rayonlarının müvafiq olaraq 251 və 54 nömrəli orta məktəblərində seçim prosesi aparılacaq. Noyabrın 16-dan etibarən isə rayon çempionatlarına start veriləcək.












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR