Dələduzlara 15 il cəza verildi

Dələduzlara 15 il cəza verildi
15:44 12 Noyabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Mirzəyev,  Vüsal Musayev və Zaur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elşən Musayev 9 il müddətə azadlıq məhrum edilib. O, Məhkəmə zalında həbs edilib. Vüsal Musayev və Zaur İsayev barəsində isə 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

 

 

Qeyd edək ki, həmin bu şəxslər saxta sənədlərlə ev alqı-satqısı ilə məşğul olublar. Hər 3 şəxs Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar. Onlar istintaq dövründə şərti azadlıqda olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR