x
Loading...
.

Yol qəzası polisin həyatına son qoydu

Yol qəzası polisin həyatına son qoydu
15:51 12 Noyabr 2015
152 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Mingəçevirdə ölümlə nəticələnən yolqəzası baş verib. Hadisə nəticəsində polis əməkdaşı dünyasını dəyişib.

Oğuz Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Oğuz rayonu Padar kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Yaqub oğlu Əliyev özünə məxsus 90- KG- 046 dövlət nömrə nişanlı, “VAZ” markalı avtomobillə Mingəçevir şəhərinin Heydər Əliyev prospektində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində sürücü Füzuli Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Dünyasını dəyişən F. Əliyev Oğuz rayon Polis Şöbəsinin post patrul xidmətinin baş çavuşudur və onun bir övladı var.

Bu ilin avqust ayının 30-da da Goranboyda bir polis əməkdaşının ölümü, iki polis əməkdaşının yaralanması ilə nəticələnən yol- nəqliyyat hadisəsi qeydə alınıb. Qəza rayonun Qaracuq kəndi ərazisində baş verib.

Naftalan rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Nəsimi Şakir oğlu Kərimov idarə etdiyi “VAZ-2107” markalı, 90- KP- 587 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək,avtomobili yolun kənarına aşırıb. Hadisə nəticəsində avtomobildə arxa oturacaqda əyləşən sərnişin, 1986-cı il təvəllüdlü Cahid Nazim oğlu Tağıyev yerindəcə keçinib. Digər iki şəxs sürücü Nəsimi Kərimov və 1987-ci il təvəllüdlü Seymur Abbasov müxtəlif bədən xəsarətləri ilə Gəncə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR