Beş kiloqramadək heroinin daşınmasının qarşısı alınıb

15:53 12 Noyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb.
Nazirliyin ictimai əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.
Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bes_kiloqramadek_heroinin_dasinmasinin_qarsisi_alinib-901392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR