19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bakıda təşkil olunan 5-ci qrupda bu gün ikinci turun oyunları keçirilir.
Fanat.az xəbər verir ki, Azərbaycanın U-19 yığması da növbəti görüşünə çıxacaq.
Günün ilk matçında Bosniya və Herseqovina - Ukrayna milliləri arasında keçirilən görüş ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda Ukrayna 0:4 hesabı ilə uduzan millimizin Türkiyə yığması ilə görüşdə hansı nəticəyə imza atacağı maraqla gözlənilir.
AÇ-2017-nin seçmə mərhələsi
5-ci qrup
12 noyabr
Bosniya və Herseqovina - Ukrayna - 1:3 (1:1)
Baş hakim: Tore Hansen (Norveç).
Baş hakimin köməkçiləri: Oystein Ytterland (Norveç), Mübariz Haşımov (Azərbaycan).
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan).
Bakı. Bayıl stadionu.
18:00. Türkiyə - Azərbaycan
Baş hakim: Eiko Saar (Estoniya).
Baş hakimin köməkçiləri: Neeme Neemlaid (Estoniya), Frederic Haquette (Fransa).
Dördüncü hakim: Nicolas Rainville (Fransa).
Bakı. Bayıl stadionu.
Fanat.az