Şəki teatrında türkiyəli dramaturqun əsəri səhnələşdirilir

16:33 12 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında türkiyəli dramaturq Haldun Tanerin “Və dəyirman dönərdi” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli AZƏRTAC-a bildirib ki, türk yazıçısının 100 illiyi ilə əlaqədar 2015-ci il TÜRKSOY tərəfindən “Haldun Taner ili” elan edilib. Şəki teatrının hazırladığı bu səhnə əsəri türk dramaturqunun yubileyinə bir töhfə olacaq.
Baş rejissorun quruluş verdiyi tamaşanın rəssamı Söhrab Ərəbov, geyim üzrə rəssamı Elman Rəşidov, musiqi tərtibatçısı İlqar Saatovdur. Tamaşada əsas rolları Rəhim Qocayev, Çinarə Səmədova, Xanlar Həşimzadə, Lalə Məmməd, Əbülfət Salahov və başqaları ifa edirlər. Yeni səhnə əsəri dekabrın ortalarında teatrsevərlərə təqdim olunacaq.
Yaradıcı kollektiv, eyni zamanda, “Tıq-tıq xanım” xalq nağılının motivləri əsasında Rəhman Əlizadənin uşaqlar üçün yazdığı səhnə əsəri üzərində məşqləri artıq başa çatdırıb. Hazırda tamaşa teatrın səhnəsində oynanılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR