Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb
16:37 12 Noyabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ NATO-nun bu ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR