6 yaşlı uşaq ağır xəsarət aldı

6 yaşlı uşaq ağır xəsarət aldı
16:51 12 Noyabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax rayonunun Tasmalı kənd sakini, 6 yaşlı Onur Məmmədli ağır bədən xəsarəti alıb.

ANS PRESS-in xəbərinə görə, 6 yaşlı uşaq evin giriş qapısından şüşəbəndə çıxıb və təxminən 6 metr hündürlüyü olan pilləkəndən aşağı düşmək istəyib. Bu zaman ayağı büdrəyən uşaq yuvarlanaraq, pilləkənlərdən yıxılıb. Səsi eşidən valideyinləri dərhal uşağın yıxıldığı yerə qaçıb və bu zaman onun aldığı xəsarətlərdən huşsuz vəziyyətdə olduğunu gorüblər. Valideynləri dərhal onu xəstəxanaya çatdırıblar. Koma vəziyyətdə xəstəxanaya daxil olan azyaşlıya təcili ilkin yardım göstərilib. Məlum olub ki, azyaşlı Onur Məmmədli yıxılarkən ağır kəllə beyin travması alıb. Uşağın vəziyyətinin getdikcə ağırlaşdığını görən həkimlər Bakı şəhərindən rayona həkimlər dəvət ediblər. Rayona gələn neorocərrah həkim isə uşağın üzərində cərrahiyyə əməliyyatı aparıb. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan azyaşlının vəziyyətini həkimlər orta ağır qiymətləndirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR