Müəllimlərin maaşına göz tikənlər

Müəllimlərin maaşına göz tikənlər
16:51 12 Noyabr 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəllimlərin maaşlarının daha da artırılması istiqamətində bir sıra addımlar atsa da , amma onların məvacibindən çıxılan bəzi əlavə xərclər müəllimlərin narazılığına səbəb olub.

ANS PRESS-in məlumatına görə, əmək haqlarının artmasından razı qalsalar da ,onları narahat edən məqamlar var. Müəllimlərin sözlərinə görə, hər ayın sonunda onların əmək haqlarından, ölkədə fəaliyyət göstərən bəzi qurumların, cəmiyyətlərin büdcəsinə köçürülməsi üçün müəyyən məbləğdə vəsait çıxılır. Bir çox hallarda onlara bu haqda əvvəlcədən məlumat belə verilmir.

Qeyd olunan qurumlar arasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin adı da var. Cəmiyyətin aparat rəhbəri Rövşən Əliyev faktı təsdiqlədi, amma bunun məcburi olmadığını qeyd etdi.

"Bəli, bizim büdcə üzvülük aktlarının hesabına maliyyələşir. Yəni könüllü şəkildə istənilən rayon bizim cəmiyyətə üzv olur, həmin rayonda fəaliyyət göstərən müəssisələrdən də istənilənləri yenə də könüllü şəkildə üzv olaraq, ildə 2 manat hər bir şəxs bizim qurumun büdcəsinə pul keçirir. Bütün bunlar könüllü şəkildə baş verir, heç kim buna məcbur edilə bilməz", - deyə Rövşən Əliyev bildirdi.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələyə belə aydınlıq gətirdi:

"Heç bir müəllimdən məcburi şəkildə pul ala bilməzlər. Əgər kimsə maaşından pul ödəyirsə, demək , o, könüllü şəkildə özü sənədə qol çəkib və pulu da könüllü olaraq, ödəyir. Əks halda heç bir müəllimin məvacibindən əlavə vəsait çıxıla bilməz", - deyə qurum rəsmisi əlavə etdi.


Cəsarət Valehov - Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Təhsil Nazirliyi bir daha bəyan etdi ki, məktəb müəllimlərinin əmək haqqından onların istəyi olmadan heç bir əlavə vəsit tutula bilməz.

Onu da əlavə edək ki, bu il yanvarın 16-da Prezident İlham Əliyev müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması barədə sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycanda bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü norması 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırılıb.

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər ilk öncə Bakıda fəaliyyət göstərən məktəblərin müəllimləri olub.çalışanlar oldu. Hazırda isə həmin qərarın bölgələrdə çalışan müəllimlərə şamil edilməsi istiqamətində işlər aparılır.

Hazırda Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması, onların sosial durumununun yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılır.Əsas məqsəd onların təhsil işçilərinin maddi durumunun daha da yaxşılaşdırılmasıdır. Amma bəzi hallarda təhsil işçilərinin məvacibindən onların icazəsi olmadan əlavə pulların çıxılması onları narahat edir. Bu da istər-istəməz onlarının işinin keyfiyyətinə təsir edir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR