Azərbaycan millisi və "Qarabağ"da şok itki

Azərbaycan millisi və "Qarabağ"da şok itki
16:52 12 Noyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov Azərbaycan milli komandasının düşərgəsində zədələnib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən report-a verilən məlumata görə, kapitan yığmanın məşqi zamanı əzələsini dartıb.

33 yaşlı müdafiəçi barədə qərar tibbi müayinədən sonra qəbul olunacaq. Hələlik müayinə nəticələri yığmanın həkimlərinə verilmədiyindən, Sadıqovun taleyinə aydınlıq gəlməyib. AFFA-dan bildirilib ki, hətta noyabrın 17-də Moldova ilə yoldaşlıq görüşündə meydana çıxmayacağı dəqiqləşsə belə, təcrübəli futbolçu yığmanın düşərgəsində saxlanıla bilər.

"Qarabağ"ın mətbuat xidmətindən isə verilən açıqlamada kapitanın 10 günədək yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdir ki, Sadıqov millidə Moldova yığması ilə görüşü buraxacaq. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"inə qarşı keçirəcəyi oyunda isə onun çıxış edib-etməyəcəyi bilinmir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR