​"Botaş" TANAP üçün 2 mlrd. dollar kredit cəlb etmək istəyir

​"Botaş" TANAP üçün 2 mlrd. dollar kredit cəlb etmək istəyir
16:52 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyənin "Botaş" şirkəti Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası layihəsinin maliyyələşdirilməsinə kreditin cəlb edilməsi üçün Dünya Bankı və Avropa İnvestisiya Bankı ilə danışıqlar aparır. "Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, şirkət bu layihə üçün 2 mlrd. dollar məbləğində kredit cəlb etmək niyyətindədir. İddiaya görə, şirkət hər qurumdan 1 mlrd. dollar məbləğində kredit cəlb etmək üçün danışıqlar aparır. Artıq kreditorların TANAP layihəsini qiymətləndirməyə başlayıb.
Kreditlərin dövlət zəmanəti ilə alınacağı bildirilir. Şikrətdən bununla bağlı hər hansı məlumat verilməyib. Avropa İnvestisiya Bankından isə "Botaş"la uzunmüddətli kredit üçün danışıqlar aparıldığı qeyd edilib.
Qeyd edək ki, TANAP layihəsində BOTAŞ-ın 30% payı var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR