Nazirlikdən işdən çıxan məmurla bağlı AÇIQLAMA

Nazirlikdən işdən çıxan məmurla bağlı AÇIQLAMA
16:57 12 Noyabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə report-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib.

Şöbə müdiri N.Qafarovun dövlət qulluqçusu kimi öz işinin öhdəsindən layiqincə gəldiyini bildirib: "O, uzun illər mədəniyyət sahəsində çalışıb və vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Vəzifəsindən öz ərizəsinə uyğun olaraq gedib. Gələcəkdə arzusu olsa, nazirliyin strukturunda müvafiq işlə təmin oluna bilər".

V.Şıxməmmədov Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyinatı olmadığını da əlavə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR