Ötən gün qeydə alınmış 74 cinayət faktından 38-nin üstü açılıb

Ötən gün qeydə alınmış 74 cinayət faktından 38-nin üstü açılıb
16:58 12 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 74 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə altı nəfər dünyasını dəyişib, doqquz nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 6 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_gun_qeyde_alinmis_74_cinayet_faktindan_38_nin_ustu_achilib-901413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR