Bakıda şəhidimizin xatirəsinə hörmətsizlik - FOTO

Bakıda şəhidimizin xatirəsinə hörmətsizlik - FOTO
17:05 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda şəhidin xatirəsinə yaradılmış bulaq indi susuz qalıb. 

Babək Cəfərov adlı oxucu Milli.Az-a bildirib ki, Bakı şəhəri, Xətai rayonu, Sarayeva küçəsi, "Bazarstore" ilə üzbəüz şəhid Sənan Əliyev adına xatirə bulağı yerləşir. Lakin təəssüf ki, şəhidin adına yaradılan bulaq artıq yararsız vəziyyətdədir:

"Bulaq düz əsas yolun kənarında yerləşir. Demək olar ki, bərbad vəziyyətdədədir. Heç su da gəlmir. Xahiş edirəm, Xətai rayon İcra Hakimiyyəti, bu işə məsul olan digər qurumlar, ya da elə imkanı olan vətəndaşlar bulağı ən azından şəhidin ruhuna hörmət olaraq təmir etdirib insanların xidmətinə versinlər. Axı şəhidlər bizim fəxrimizdir və bizə görə Vətən uğrunda canlarından keçiblər".

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən Milli.Az-a bildiriblər ki, bununla bağlı bir müddət öncə şəhid Sənan Əliyevin bacısı da icra hakimiyyətində olub və müvafiq şöbələrdə məsul şəxslərlə görüşüb. Ona bu məsələdə yardım ediləcəyi bildirilib.

Pünhan
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR