Bakı, 12 noyabr, Elvin Camalov, AZƏRTAC
Almaniyanın “Lufthansa” aviaşirkətində pilotların həmkarla ittifaqının çağırışı ilə baş tutan tətil davam edir.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, tətil başlayandan bu zamana qədər Frankfurt, Düsseldorf və Münhen hava limanlarında 2 min 800 uçuş ləğv edilib və təxminən 330 min sərnişinə öz təsirini göstərib.
Tətillər aviaşirkətə gün ərzində 20 milyon avroya başa gəlir. Həftənin sonuna qədər davam edəcək tətilə görə daha 3 min 700 uçuşun ləğv ediləcəyi və təxminən 500 min sərnişinə təsir edəcəyi gözlənilir.
Qeyd edək ki, tətillərə səbəb pilotların təqaüd yaşının 60-a endirilməsi və bəzi güzəştlər haqda tələblərinin yerinə yetirilməməsidir.