Bir gecədə 4 mağaza yaran dəstə tutuldu

Bir gecədə 4 mağaza yaran dəstə tutuldu
17:17 12 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Siyəzən rayonunda bir gecədə 4 mağaza yaran dəstə tutulub.

Report xəbər verir ki, oktyabrın 23-dən 24-nə keçən gecə rayonun H.Əliyev prospektində yerləşən 4 mağaza yarılıb.

Siyəzən Rayon Polis Şöbəsindən verilən məlumata görə, şöbəyə daxil olan müraciətlər əsasında əməliyyat axtarış tədbirləri aparılıb:

"Polis Şöbəsinə daxil olan müraciətlər əsasında araşdırma aparılıb və məlum olub ki, Seyfur Hörmət oğlu Həmidova məxsus marketdən 1400 manatlıq danışıq kartları, 2000 manatlıq siqaretlər, 150 manat nağd pul, bundan əlavə həmin küçədə yerləşən Nəbi Cəbi oğlu İbrahimova məxsus mağazadan 360 manat dəyərində geyim əşyaları, bu mağaza ilə üzbəüz küçədə olan digər mağazalardan Balaqadəş Hafiz oğlu Mehtiyevə məxsus mağazadan 200 manat dəyərində siqaret və yenə həmin küçədə yanaşı olan Nəzər Umud oğlu Hüseynova məxsus mağazadan 200 manat dəyərində siqaret, 130 manat isə nəğd pul oğurlanıb".

Polis Şöbəsindən bildirilib ki, faktla bağlı polis şöbəsində əməliyyat axtarış tədbirlərinə başlanılıb: "Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazalarda oğurluq edən şəxslər, Siyəzən rayon Həmyə kənd sakinləri - 1993-cü il təvəllüdlü Anar Əliverdi oğlu Dəmirli, 1993-cü il təvəllüdlü Əmrah Şahlar oğlu Allahverdiyev, Siyəzən şəhər sakini 1990-cı il təvəllüdlü Kamran Mirzəxan oğlu Qafarov və Baki şəhər sakini 1990-cı il təvəllüdlü Kamran Bədrəddin oğlu Bədəlov tutulub".

Polis Şöbəsindən bildirilib ki, saxlanılan şəxslərin başqa yerlərdə oğurluq edib-etmədikləri araşdırılır.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR