ATƏT-in Minsk Qrupunun həmsədrləri: "Formatı dəyişmək cəhdi danışıqlar prosesini poza bilər"

ATƏT-in Minsk Qrupunun həmsədrləri: "Formatı dəyişmək cəhdi danışıqlar prosesini poza bilər"
17:17 12 Noyabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ "Danışıqların həssaslığını nəzərə alsaq, formatı dəyişmək və ya paralel mexanizmlər yaratmaq cəhdi danışıqlar prosesini poza və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmağa əngəl ola bilər".
"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, münaqişənin həlli yolunda yeni format və işçi qrupun yaradılması təklifləri olsa da, Minsk qrupu çərçivəsində unikal vasitəçilik təcrübəsi mövcuddur, Minsk Qrupunun formatı hər iki tərəfdən qəbul edilib və Minsk qrupu ATƏT üzvlərinin tam etimadını qazanıb.
Həmsədrlər həm də münaqişənin ədalətli və davamlı həllini tapmağa maraq göstərən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
"Münaqişənin həddindən artıq uzun müddət davam etdiyini başa düşürük. Tərəflər məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün bütün zəruri addımları atmalıdır. Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, tərəflərə yardım davam edəcək. Hədəfimiz münaqişənin sülh yolu ilə həllinə, hərtərəfli nizamlanmasına töhfə verməkdir. Biz ayrı-ayrı mövqelər üçün hakim və vəkil deyilik", - həmsədrlərin bəyanatında deyilir.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-hemsedrleri-formati-deyismek-cehdi-danisiqlar-prosesini-poza-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR