Məzahir Pənahov: Beynəlxalq müşahidəçilər də bunu dəstəkləyir

Məzahir Pənahov: Beynəlxalq müşahidəçilər də bunu dəstəkləyir
17:28 12 Noyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

“Seçki prosesində kiminsə videoçəkiliş aparmasına biz heç bir etiraz etmirik, ancaq insanların konstitusion hüquqları var, əgər kimsə videoçəkilişə etiraz edirsə, çəkiliş aparıla bilməz”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pəhanov bildirib ki, beynəlxalq müşahidəçilər də bunu dəstəkləyir: “Bizim üçün beynəlxalq müşahidəçilərin rəyi daha vacibdir. Fərdi insanların özlərinin məsələyə nə cür yanaşması onların özlərinin şəxsi işidir. Əgər kimsə icazə olmadan videoçəkiliş aparırsa, o, vətəndaşların konstitusion hüquqlarını pozmuş olur və bu, sübut kimi qəbul oluna bilməz”.

Qeyd edək ki, bəzi deputatlığa namizəd olmuş insanlar seçki məntəqələrində aparılmış videoçəkilişlərin sübut kimi qəbul olunmamasından şikayətlənirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR