Prezident əfv sərəncamı imzaladı

Prezident əfv sərəncamı imzaladı
16:14 29 Dekabr 2014
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyahıda 2 NİDA-çının, Əvəz Zeynallının, Qurban Məmmədovun adı var

Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb. Lent.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, sərəncamla bir çox tanınmış şəxslər azadlığa buraxılacaq. Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı məlumat verib. Onun sözlərinə görə, əfv siyahısında 2 NİDA-çının adı var: "Onlar Üzeyir Məmmədli və Zaur Qurbanlıdır".

 

Siyahıda həmçinin jurnalist Əvəz Zeynallının adı var. Əfvə eyni zamanda İsmayıllı məhbuslarından 3 nəfər, Hicab məhbuslarından isə 2 nəfərin adı daxil olub.

 

Novella Cəfəroğlu isə bildirib ki, onların təqdim etdikləri siyahıdan 10 nəfər azadlığa çıxacaq. Onların arasında Qurban Məmmədov və Sərdar Əlibəyli də var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR