Erməni futbolçu "Beşiktaş"da

Erməni futbolçu "Beşiktaş"da
17:42 12 Noyabr 2015
70 İdman
Ölkə mətbuatı
A- A+

"Spartak"ın yarımmüdafiəçisi Aras Özbiliz karyerasını "Beşiktaş"da davam etdirməyə yaxındı.

Goal.az türk mətbuatına istinadən xəbər verir ki, transfer bu qış reallaşacaq. Ermənistan millisinin 25 yaşlı oyunçusunun özü də doğulduğu İstanbula köçməyin əleyhinə deyil. "Spartak"ın qışda bir sıra futbolçu ilə yollarını ayıracağı, onlardan birinin də Özbiliz olacağı deyilirdi.

Nəzərinizə çatdıraq ki, Özbiliz zədə səbəbindən 2014-2015 mövsümündə oynamayıb. Bu mövsüm isə 7 oyunda meydanda çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR