ADA Universiteti və BMT-nin Əhali Fondu Anlaşma Memorandumu imzaladılar

ADA Universiteti və BMT-nin Əhali Fondu Anlaşma Memorandumu imzaladılar
17:47 12 Noyabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

ADA Universiteti və BMT-nin Əhali Fondu arasında insan inkişafı və keyfiyyətli təhsil üzrə layihə və proqramların işlənilməsi istiqamətində səmərəli əməkdaşlıq üçün baza yaradan Anlaşma Memorandumu imzalanıb.

Trend-in məlumatın görə, sənəd ADA Universitetinin rektoru Hafiz Paşayev və BMT baş katibinin müavini, BMT Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin arasında imzalanıb.

Tədbirdə çıxış edən rektor H.Paşayev deyib ki, universitet özünü BMT-nin bir üzvü kimi hiss edə bilər: "Çünki demək olar ki, hər ay universitetdə BMT-yə həsr olunan mövzularda müzakirələr keçirilir".

ADA Universitetinin uğurlu inkişaf yolundan danışan rektor BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Hədəfləri barədə də qıda məlumat verib.

H.Paşayev deyib ki, Azərbaycana 2 günlük səfərə gələn BMT Əhali Fondunun icraçı direktoru B.Osotimehinin ADA Universitetinin kitabxanasına Fondun mandatına aid məsələlərdən, eləcə də reproduktiv sağlamlıq, gender bərabərliyi, əhali dinamikası, gənclərlə bağlı məsələlərdən və s. bəhs edən, Azərbaycanda son illərin demoqrafik dəyişikliklərini təhlil etməyə imkan verən, tədqiqatlarda istifadə oluna biləcək kitablar və nəşrlər hədiyyə etdiyini söyləyib.

ADA Universitetinin müəllim və tələbə heyəti qarşısında "BMT tərəfindən bu il qəbul edilən Davamlı İnkişaf Hədəfləri və diplomatların bu gündəmin irəliləməsində rolu" mövzusunda mühazirə ilə çıxış edən B.Osotimehin dünya əhalisinin artım meyillərinin yaratdığı çətinliklər və imkanlar barədə danışaraq BMT Əhali Fondunun Azərbaycanda sağlam və davamlı ictimaiyyətin yaradılmasına gətirib çıxaran siyasətin formalaşmasına verə biləcəyi dəstəyə də toxunub. O, univetsitetin kitabxanasına kitab və nəşrlərin hədiyyə edilməsini də bu dəstəyin bir hissəsi sayıb.

B.Osotimehin Azərbaycanın BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Hədəflərinə nail olunmasınfa mühüm rol oynaya biləcəyinə də əminliyini bildirib. BMT rəsmisi bildirib ki, bu hədəflərə nail olmağa dəstək vetmək üçün Azərbaycanın kifayət qədər resursu var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR