"Övladımın ürəyindəki dəlikləri bağlatdırdıq" - Xatirə İslam - FOTO

"Övladımın ürəyindəki dəlikləri bağlatdırdıq" - Xatirə İslam - FOTO
17:47 12 Noyabr 2015
220 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslam Rusiyada əməliyyat olunan oğlu Emilin səhhəti ilə bağlı açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, sənətçi övladının yaxşı olduğunu bildirib:

"Narahat olub, mənə zəng edənlərin nəzərinə çatdırmaq istəyirəm ki, övladımla bağlı heç bir ciddi problem yoxdur. Allaha şükür olsun. Professorların gəldiyi nəticəyə görə, hamiləlik vaxtı həddən artıq qrip keçirmişəm. Bu virusa görə də uşaqda anadangəlmə ürək dəlikləri var idi.

Bunu övladım bətnimdə olanda bilirdim. Bu dəliklər çox vaxt özü bağlanır. Emildə bağlanmadığı üçün inkişaf getmirdi, çox zəif idi. Əməliyyat olundu, dəlikləri bağlatdırdıq. Hamilə qadınlar bunu yaxşı oxusun. Övladlarınızı yoxlatdırın".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR