Canavar 32 qoyun parçaladı

Canavar 32 qoyun parçaladı
17:51 12 Noyabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatala rayonunun Çobankol kənd sakini İsa Musayevə məxsus təsərrüfata gecə saatlarında canavarlar hucum edib.

ANS PRESS-in xəbərinə görə, fərdi təsərrüfata soxulan canavarlar 32 baş qoyunu parçalayıb. Onlardan 22-si ölüb, qalanları isə ölümcül vəziyyətdədir. Ölmüş qoyunların cəsədləri heyvan sahibi tərəfindən dərin quyu qazılaraq, basdırılıb.Yaralı heyvanlar isə baytarlıq idarəsinin əməkdaşları tərəfindən müalicə olunur. Kənd sakinləri bu vəhşi heyvanların hücumuna tez-tez rast gəldiklərindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, canavarlar artıq hava qaralan kimi kəndin içərisinə soxulur, bu səbəbdən onlar axşam saatlarında çöldə gəzməyin belə qorxulu olduğunu deyirlər. Sakinlər axşam saatlarında artıq canavar, çaqqal və hətta tülkülərə kənd yollarında rast gəlməyin adi hala çevrildiyini bildirirlər. Sakinlərin iddialarına görə, bu məsələ ilə bağlı vaxtında tədbir görülməsə, vəhşi heyvanların insanlara hucum hallarının baş verməsi qaçılmazdır. Kənd bələdiyyəsindən isə hadisə ilə əlaqədar aidiyyatı qurumların məlumatlandırılacağı və tədbirlər görüləcəyinə vəd veriblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364638

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR