"Bakcell" şirkəti "Digiturk"lə tərəfdaşlığa başlayıb

"Bakcell" şirkəti "Digiturk"lə tərəfdaşlığa başlayıb
17:52 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti Türkiyənin rəqəmsal televiziya yayım platforması - "Digiturk" şirkəti ilə tərəfdaşlığa başladığını elan edib.
"Report" xəbər verir ki, bununla da "Bakcell" müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə, futbol azarkeşləri üçün "LİG TV" kanalını təqdim edəcək. 
Bu, "Bakcell"in "Qoş və Coş" xidməti çərçivəsində əyləncəli xidmətlər paketinə daxildir. Artıq "Bakcell"in abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə "Digiturk" şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malik olacaqlar.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakcell-sirketi-digiturk-le-terefdasliga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR