İraq Kürdüstan Regional Rəhbərliyi oktyabrda Ceyhan limanına 18,4 milyon barrel neft ixrac edib

İraq Kürdüstan Regional Rəhbərliyi oktyabrda Ceyhan limanına 18,4 milyon barrel neft ixrac edib
18:03 12 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, Nihad Budaqov, AZƏRTAC
İraq Kürdüstan Regional Rəhbərliyi oktyabrda Türkiyənin Ceyhan limanına gündəlik 595 min barrel olmaqla, ümumilikdə 18 milyon 462 min barrel neft ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Regional Rəhbərliyin Təbii Ehtiyatlar Nazirliyinin rəsmi saytında məlumat verilir. Bildirilir ki, keçən ay Regional Rəhbərliyin 13 milyon 611 min 252 barrel (gündəlik 439 min 83 barrel), Kərkükün isə gündəlik 4 milyon 850 min 105 barrel (gündəlik 156 min 455 barrel) xam nefti Türkiyəyə ixrac edilib.
Nazirliyin məlumatına görə, oktyabrda Kərkük-Yumurtalıq xam neft boru xəttinə yönələn hücumlar və oğurluqlarla əlaqədar neftin nəqlində 3 dəfə fasilə yaranıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iraq_Kurdustan_Regional_Rehberliyi_oktyabrda_Ceyhan_limanina_184_milyon_barrel_neft_ixrac_edib-901458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR