Ruslan Abışov: "Bizə yalnız qələbə lazımdır"

Ruslan Abışov: "Bizə yalnız qələbə lazımdır"
18:12 12 Noyabr 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov noyabrın 17-də qarşılaşacaqları Moldova ilə yoldaşlıq oyunu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Abışov komandasının yalnız qələbəyə oynayacağını bildirib:

"Moldova ilə oyun bizim üçün çox önəmlidir. Bizə yalnız qələbə lazımdır. Matçın Bakı Olimpiya stadionunda keçirilməsi ilə bağlı qərarı AFFA verib. Biz futbolçular bunu müzakirə etməməliyik. Harada lazımdırsa, orada da oynamalıyıq".

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/381908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR