Lənkəranda ağacəkmə aksiyasında 2500-dən çox müxtəlif növ ağac və dekorativ gül kolları əkilib

Lənkəranda ağacəkmə aksiyasında 2500-dən çox müxtəlif növ ağac və dekorativ gül kolları əkilib
18:28 12 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəranda “Yaşıllaşdırma aylığı” çərçivəsində noyabrın 12-də keçirilən ağacəkmə aksiyasında 2500-dən çox müxtəlif növ ağac və dekorativ gül kolları əkilib.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Parkında, digər park və bağlarda, magistral yollar boyunca əkilən dəmirağacı, palıd, fıstıq, Lənkəran akasiyası, palma ağaclarına və gül kollarına aqro-texniki qulluq göstərilib.
“Yaşıllaşdırma aylığı” çərçivəsində keçirilən ağacəkmə aksiyaları noyabrın sonunadək davam etdiriləcək.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR