“SGC Upstream” şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub

“SGC Upstream” şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub
18:38 12 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Ölkəmizdə yeni fəaliyyət göstərən “SGC Upstream” şirkəti noyabr 12-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Qoşulma Aktı”nı imzalamaqla “SGC Upstream” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə 19-cu hesabatda 2014-cü il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə məlumat verəcək. Beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumunu imzalamış şirkətlərin sayı 39-a çatıb.
2014-cü il iyunun 10-da Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən 38 yerli və xarici şirkət 2013-cü ildə MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT Standartının tələblərinə uyğunlaşdırılmış yeni Qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.
MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən xüsusi çoxtərəfli könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SGC_Upstream_sirketi_Azerbaycanda_Seffafliq_Tesebbusunun_tetbiqine_dair_Memoranduma_qosulub-901480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR