Qazaxda yol bağlandı, elektrik kəsildi

Qazaxda yol bağlandı, elektrik kəsildi
18:57 12 Noyabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarında qəfildən başlayan və təxminən 20 dəqiqə davam edən güclü külək Qazaxda fəsadlar törədib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, küləyin gücündən iri gövdəli ağac avtomobilin və elektrik xətlərinin üzərinə aşıb, Qazax-Cəfərli avtomobil yolunda bir müddət hərəkəti məhdudlaşdırıb. İbarət Dəlibaşova məxsus "Opel" markalı avtomobil yararsız hala düşüb.

Xəsarət alan yoxdur. Aşan elektrik dirəkləri və iri ağac ərazidən texnikaların, canlı qüvvənin köməyi ilə götürüldükdən sonra kəndə avtomobillərin gediş-gəlişi bərpa edilib. Rayonda elektrik verilişində yaranan bir neçə saatlıq fasilə aradan qaldırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/382001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR