Dünyanın ən istəkli qadının portreti milyonlara satıldı

Dünyanın ən istəkli qadının portreti milyonlara satıldı
19:01 12 Noyabr 2015
46 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur rəssam Endi Uorxolanın əsəri 36 milyon dollara satılıb.

ANS PRESS-in məlumatına görə, “4 Merilin” portreti Nyu-Yorkda keçirilmiş Christie’s hərracına çıxarılıb. Hollivudun əfsanəvi ulduzu Merlin Monronun portreti 36 milyon dollara satılıb. “4 Merilin” amerikalı rəssamın ən məşhur əsərlərindən biridir. Rəssam əsəri 1962-ci ildə yaradıb.


"4 Merilin” portreti

Bir neçə gün öncə avstraliyalı rəssam Karla Kaleranın "Arvadımın aşiqləri" portreti Sotheby’s hərracında 826 min dollara satılıb. Tabloda 42 pişik təsvir olunub. Bununlada əsər pişik təsvirli ən böyük və ən bahalı portret olub. Onu alanın adı açıqlanmayıb.

Hərracda rəsm əsərinin ilkin qiyməti 500 min dollar olub. Rəsmin eni 2,6 metr, hündürlüyü isə 1,8 metrdir. Əsərin ağırlığına mismarlar tab gətirmədiyindən ustalar hərracda xüsusi konstruksiya quraşdırıb.


"Arvadımın aşiqləri"

Merlin Monro amerilalı aktrisa, müğənni və seks-simvoldur. Dünaynın ən istəkli qadın hesab olunur. Bir neçə siyası yüksək vəzifəli şəxslərlə sevgili olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=364625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR