“Hekayəti xırs quldurbasan” komediyası 100-cü dəfə nümayiş etdiriləcək

“Hekayəti xırs quldurbasan” komediyası 100-cü dəfə nümayiş etdiriləcək
19:02 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı M.F.Axundovun “Hekayəti xırs quldurbasan” komediyasını noyabrın 13-də 100-cü dəfə nümayiş etdirəcək.
“Report” xəbər verir ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.
Tamaşanın ilk premyerası 2009-cu ildə olub. 
M.F.Axundovun ölməz komediyalarından olan “Hekayəti xırs quldurbasan” tamaşasının quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.
Səhnə əsərində əsas obrazları əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Nübar Novruzova, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elşən Hacıbabayev, Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edir. 


Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/hekayeti-xirs-quldurbasan-komediyasi-100-cu-defe-numayis-etdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR