On minlərlə insan baş nazir qarşı çıxdı

On minlərlə insan baş nazir qarşı çıxdı
19:21 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstnanın paytaxtı Afinada polis irimiqyaslı etiraz aksiyasını dağıdıb.

ANS PRESS-in məlumatına görə on minlərlə insan paytaxt küçələrinə çıxaraq ”Siriza” partiyasının siyasətinə qarşı etiraz aksiyasına başlayıblar. lkin məlumatlara görə, 25 mindən 70 minədək insanın iştirakı ilə keçirilən aksiya "Siriza"ya qarşı ilk belə irimiqyaslı etirazdır. Aksiyanın qarşısını almaq üçün polislər gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar buna cavab olaraq polis əməkdşlarına "molotov kokteylləri" atıblar.

Bu gün həmkarlar ittifaqının çağırışı ilə Yunanıstanda 24 saatlıq mitinq elan edilib – dövlət və bələdiyyə qurumları, xəstəxanalar, apteklər işləmir. İçtimayi nəqliyyatın iş cədvəli dəyişdirilib, dəmiryolu və dəniz nəqliyyatının fəaliyyəti dəyandırılıb, bir sıra daxili reyslər təxirə salınıb, muzeylər bağlanılıb. Bu Aleksis Tsiprasın Siriza partiyasının son seçkilərdə qazandığı qələbədən sonra ilk belə geniş etiraz aksiyasıdır.




Afinadaki bu günkü etiraz aksiyasından


Mitinq Tsiprasın apardığı siyasətə qarşı keçirilib. Bu ilin oktyabrında ölkə parlamenti sərt qənaət tədbirləri ilə qərar qəbul edib.

Qərara əsasən ölkədə təqaüdlərin məbləği aşağı salınıb, pensiya yaşı qaldırılıb, daşınmaz əmlakın kirayəyə verilməsinə tətbiq olunan verqi fayızları qaldırılıb.

Qanunun qəbul edilməsi Yunanıstana 2 milyard avro dəyərində növbəti yardımın ayrılması üçün zəruri olub.

Yunanıstan Beynəlxalq Valyuta Fondundan (BVF) aldığı krediti vaxtında ödəyə bilməmiş, kritik borc həddinə görə ölkədə "kəmərləri sıxma" siyasəti aparılırdı. Bununla bağlı banklardan pul çıxarılmasına məhdudiyyət qoyulmuş, müəyyən vaxtlarda isə ölkədəki banklar fəaliyyətini dayandırmışdı.


Yunanıstanın borcları

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR