"Qarabağ" yarımcan başladı

"Qarabağ" yarımcan başladı
19:47 12 Noyabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" hazırlıqlara başlayıb. Fanat.az xəbər verir ki, Premyer Liqada milli oyunlar səbəbindən yaranmış fasiləylə əlaqədar olaraq baş məşqçi Qurban Qurbanov futbolçulara 3 günlük izin vermişdi. 


Bu gün komanda Premyer Liqanın növbəti turunda qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarına start verib. Məşq saat 15.00-da başlayıb və bir saat davam edib. Məlum səbəbdən komanda tam heyətlə məşq edə bilməyib. Fərqli millilərə 12 futbolçu göndərən "Qarabağ"da zədəlilərin də olması məşqin natamam heyətlə baş tutmasına səbəb olub.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR