Aleksandr Novak: Rusiya “Türk axını” ilə bağlı danışıqlara hazırdır

Aleksandr Novak: Rusiya “Türk axını” ilə bağlı danışıqlara hazırdır
19:48 12 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı hökumətlərarası saziş üçün Türkiyə tərəfi ilə danışıqlara hər zaman hazırdır.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Türkiyə hökuməti tərəfindən təyin olunan və “Türk axını” layihəsi ilə əlaqədar danışıqlarda iştirak edəcək səlahiyyətli nümayəndələri gözlədiklərini deyən nazir bildirib: “Türkiyə tərəfi danışıqlara hazır olduqda, biz də hazırıq”. A.Novak hökumətlərarası saziş olmadığı üçün layihənin icra vaxtının hələ dəqiqləşmədiyini qeyd edib.
Xatırladaq ki, “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aleksandr_Novak_Rusiya_Turk_axini_ile_bagli_danisiqlara_hazirdir-901513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR