Bakı Metropoliteni qışa tam hazırdır

Bakı Metropoliteni qışa tam hazırdır
19:48 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Bakı Metropoliteni qışa tam hazırdır.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, qarlı-şaxtalı günlərdə sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı məsələlər, əsasən, qatarların hərəkətinin, eləcə də sərnişinlərin stansiyalara daxil olub-çıxması ilə bağlı olur. Bununla əlaqədar, qar və buz bağlayan yerlərin təmizlənməsi üçün stansiyalar müvafiq inventar, avadanlıq və materiallarla təmin edilib.
Metropolitenin yeganə yerüstü stansiyası olan “Bakmil”də hazırlıq tədbirləri, bütün stansiyalarda işçi heyətinin hazırlığı məqsədilə təlimatlar keçirilib və təkrarən davam etdirilir.
Metro üçün qarlı günlərin ən mühüm məsələsi qatarların “Nərimanov” elektrik deposundan xəttə verilməsini və qəbulunu təmin etməkdir. Bununla bağlı, həmişəki kimi, yol xidmətinin nəzdində qarla mübarizə qərargahı yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Metropoliteni_qisa_tam_hazirdir-901512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR