Londonda uşaqlar dəmir yolu nəqliyyatından pulsuz istifadə edəcəklər

Londonda uşaqlar dəmir yolu nəqliyyatından pulsuz istifadə edəcəklər
19:58 12 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 Noyabr, AZƏRTAC
Gələn il yanvarın 2-dən etibarən Londonda 11 yaşadək uşaqlar şəhərin dəmir yolu xidmətlərindən pulsuz istifadə edə biləcəklər.
AZƏRTAC İngiltərənin BBC saytına istinadla xəbər verir ki, yeni qayda Londonun cənubunda yaşayan uşaqlar üçün daha sərfəli olacaq. Çünki onlar bir çox ictimai nəqliyyat vasitələrində böyüklər üçün nəzərdə tutulmuş kartlardan istifadə edirdilər.
London administrasiyasının bu qərarı sakinləri çox sevindirib. Şəhərin meri Boris Consonun sözlərinə görə, yanvar ayından etibarən həm yerli uşaqlar, həm də xarici qonaqlar bu fürsətdən yararlanaraq London ərazisində geniş gəzintilər edə biləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Londonda_usaqlar_demir_yolu_neqliyyatindan_pulsuz_istifade_edecekler-901518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR