Lökbatanda şagirdin sinif yoldaşını güllələməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Lökbatanda şagirdin sinif yoldaşını güllələməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
20:05 12 Noyabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər prokurorluğu 106 saylı orta məktəbdə baş vermiş insidentlə bağlı araşdırmalar aparır.

Milli.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, noyabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə baş vermiş insidentlə bağlı Bakı şəhər prokurorluğu tərəfindən şəhər Təhsil İdarəsi ilə birlikdə araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq qanunamüvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, həmin məktəbdə dərs zamanı şagirdlərdən biri sinif yoldaşına pnevmatik tüfəngdən atəş açmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR