İspaniya Kralı VI Felipe: Konstitusiya daha üstündür

İspaniya Kralı VI Felipe: Konstitusiya daha üstündür
20:23 12 Noyabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 12 noyabr, AZƏRTAC
İspaniya Kralı VI Felipe Kataloniya parlamentinin müstəqillik qərarı, mərkəzi hökumətin isə bu qərardan Konstitusiya Məhkəməsinə müraciətinə münasibət bildirib. Kral deyib ki, ölkə əhalisi İspaniyanın bütövlüyünü sual altına qoymağa hazır deyil.
VI Felipe konstitusiyaya əməl olunmasının vacibliyini vurğulayıb. O deyib: “Mən ölkənin Kralı kimi həmişə xalqın yanında olacağam. Konstitusiya daha üstündür, xalqın iradəsini əks etdirir”.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR