Yubileyə həsr olunan nəşrlər hazırlanıb

Yubileyə həsr olunan nəşrlər hazırlanıb
20:43 12 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağı AMEA-nın 70 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində “Mərkəzi Nəbatat bağında qızılgüllərin introduksiyası və seleksiyası” adlı canlı kolleksiyalardan ibarət sərgi təşkil edib.
Sərgidə bu elm müəssisəsinin əməkdaşlarının fəaliyyətini əks etdirən elmi nəşrlər də nümayiş olunur.
Mərkəzi Nəbatat bağından AZƏRTAC-a bildiriblər ki, həmçinin əməkdaşların “Azərbaycanın nadir oduncaqlı bitkilərinin çoxaldılması və mühafizəsi” kitabı və “AMEA Mərkəzi Nəbatat bağının qızılgüllər kolleksiyası” kataloqu çap olunub.
Bundan əlavə, bağın tarixi və fəaliyyəti haqqında videoçarx hazırlanıb, üç dildə buklet və broşür nəşr olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yubileye_hesr_olunan_nesrler_hazirlanib-901536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR