x
Loading...

Afrika miqrant axınının azaldılması üçün Aİ-dən pul “qoparıb”

Afrika miqrant axınının azaldılması üçün Aİ-dən pul “qoparıb”
21:03 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 12 noyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) liderləri və onların afrikalı həmkarları Afrika ölkələrinə xüsusi yardım fondunun yaradılmasına razılıq veriblər. Fondun vəsaitlərindən Aİ-yə kütləvi immiqrasiyanın səbəblərinə qarşı mübarizədə istifadə edilməsi nəzərdə tutulur.
Bu gün Maltada keçirilən Aİ-Afrika sammitində müvafiq məqsədlərlə 1,8 milyard avro ayırmaq qərara alınıb. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Aİ-yə üzv dövlətlərin fonda əlavə vəsaitlər təqdim edəcəklərinə və beləliklə, məbləğin ikiqat artacağına ümidvar olduğunu bildirib.
Siyasətçi deyib: “Afrikaya təcili yardım fondu Aİ-nin regionda ciddi problemlərə çevik cavab vermək cəhdlərini bir daha təsdiqləyir”. Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, bu məqsədə çatmaq üçün “qeyri-leqal miqrasiyanın səbəblərinə qarşı mübarizə aparmaq və iqtisadi perspektivləri, hüquq bərabərliyini, təhlükəsizliyi və inkişafı yaxşılaşdırmaq” lazımdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Afrika_miqrant_axininin_azaldilmasi_uchun_AI_den_pul_qoparib-901546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR