İtkin düşən balıqçılardan daha birinin meyiti tapıldı - VİDEO

İtkin düşən balıqçılardan daha birinin meyiti tapıldı - VİDEO
21:12 12 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkar edilib. 

Milli.Az Region TV-yə istinadən bildirir ki, noyabrın 4-də Xəzər dənizinin şimal sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Bir gün sonra onlardan birinin Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə aşkar edilib. Meyit Xəzər dənizinin Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində tapılıb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılan meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Digər itkin düşən balıqçı Laçın Laçınov axtarışları davam etdirilir. 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR