Ayaqlardakı yara izlərini necə yox etmək olar?

Ayaqlardakı yara izlərini necə yox etmək olar?
22:22 12 Noyabr 2015
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ayağınız harasa dəyibsə, yıxılıbsınızsa, göyərmiş, əzilmiş dərini gizlətmək üçün şalvar geyinməyə məhkum deyilsiniz.
Milli.Az publika.az-a istinadən təqdim etdiyi yaralarınızı qısa zamanda sağalda, izləri yox edə biləcək yolları sınayın.

1. E vitamini yağı
E vitamini dəri toxumalarını bərpa edir, hüceyrələrin sürətlə yenilənməsini təmin edir. Ona görə də, bədəninizdə yara və ya göyərmə olanda həb formasında satılan E vitamini yağından istifadə edin. Bunu daxilə qəbul edə və ya yaranın üzərinə çəkə bilərsiniz.

2. Kakao yağı
Kako yağını dəriyə çəkərək masaj edin. Beləliklə, dəriniz daha tez sağalacaq. Təsirini hiss etmək üçün gündə 4 dəfə çəkməlisiniz.

3. Limon şirəsi
Limonu ortadan kəsib yaranın üzərinə qoyun. 15 dəqiqə saxlayın. Bunu gündə bir dəfə etsəniz, kifayətdir. Limon dərinizi qıcıqlandırırsa, onun şirəsini su və xiyar şirəsi ilə qarışdırıb sonra yaranın üzərinə çəkin. Eyni effekti verəcək.

4. Aloe-vera (əzvay)
Xüsusi yanıq izlərinə qarşı təsirlidir. Aloe-vera yarpağını qırın və axan şirəni yaralı bölgəyə çəkin. Bunu gündə 4 dəfə etsəniz, dərinizdə iz qalmayacaq.

5. Zeytun yağı
Bir çay qaşığı zeytun yağını yaranın və ya göyərmiş yerə töküb masajla dəriyə sovrulmasını təmin edin. Zeytun yağını itburnu, çobanyastığı yağları ilə qarışdırıb təsirini daha da artıra bilərsiniz.

6. Xiyar
Xiyar dərini sakitləşdirir. Göyərmiş dərini sağaltmaq üçün ayaqlarınızı xiyar şirəsi ilə masaj edə bilərsiniz. Xiyarın qabığı da təsirlidir. Qabıqları yara və ya əziyin üzərində 20 dəqiqə saxlayın. Daha yaxşı nəticə əldə etmək üçün xiyar şirəsini limon və əzvay şirəsi, həmçinin zeytun yağı ilə qarışdırın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/381944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR