OPEK-dən Azərbaycanla bağlı TƏXMİN

OPEK-dən Azərbaycanla bağlı TƏXMİN
22:32 12 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Təşkilat yeni hesabatını açıqladı.

Neft İxrac Edən Ölkələrin Birliyi OPEK 2015-ci ildə Azərbaycandan neft ixracının azalmasını gözləyir, xüsusi halda "Azərlight" markalı neft bazarda baş verən rəqabət ilə əlaqədar azalacaq. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın yenilənmiş hesabatında deyilir. 

Təşkilat hesab edir ki, 2015-ci ildə Azərbaycandan neft ixracının həcmi  ötən illə müqayisədə sutkada 10 min barel azalacaq.

"İxtisar gözlənilir. Baxmayaraq ki, cari ilin 9 ayı ərzində Azərbaycanın əsas yataqlarından, "Azəri-Çıraq-Günəşli (AÇG) əldə olunan neftin həcmi 4% artıb", - deyə, OPEK-in yeni hesabatında vurğulanır.

OPEK-in məlumatına görə, Yaxin Şərqdən neftin alternativ növlərinin böyük təklifi və  Avropa neft emalı zavodlarının neftini alan marjların "havada qalması" ilə əlaqədar Azərbaycan neftinin satışları azalacaq. 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR