Bakıda tanınmış yazarın maşınını vurdular

Bakıda tanınmış yazarın maşınını vurdular
23:09 12 Noyabr 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda tanınmış yazıçının avtomobili qəzaya uğrayıb. Lent.az-ın məlmatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində qeyd alınıb.

 

Yazıçı Şərif Ağayar kimi tanınan Ağayrov Şərif Ziyadxan oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə geriyə dönmək istəyib. Bu zaman arxadan yüksək sürətlə gələn və Mirzəyev İdris Muxtar oğlunun idarə etdiyi "Mitsubishi" markalı pikap avtomobili "Mercedes"ə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, "Mercedes"ə ziyan dəyib.

 

Hadisə yerinə Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəliblər, müayinələr aparılıb. Şöbənin yol-nəqliyyat hadisələri üzrə baş inspektoru Yaqub Abdullayev Lent.az-a bildirib ki, qəzaya "Mitsubishi" markalı avtomobilin yol hərəkəti qaydalarını pozması səbəb olub. Belə ki, Şərif Ağayar icazə verilən yerdən geriyə dönmə əməliyyatı həyata keçirsə də, "Mitsubishi"nin sürücüsü İdris Mirzəyev sürət həddin aşıb, ötmə əməliyyatını düzgün yerinə yetirməyib, nəticədə qəzadan yayına bilməyib.

 

Faktla bağlı araşdırma aparılır.  




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR